İraq sularında yeddi tanker ilişib qaldı

Dünya

03.03.2026 23:43

İraq nefti ilə yüklənmiş yeddi tanker Hörmüz boğazını keçmək təhlükəsi səbəbindən İraqın ərazi sularını tərk edə bilmir.  

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Dəniz Limanları İdarəsinin nümayəndəsi “Əl-Cəzirə” telekanalına məlumat verib. 

Bildirilib ki, yeddi tanker Hörmüz boğazından təhlükəsiz keçidi gözləyən İraq ərazi sularında ilişib qalıb. Eyni səbəbdən Çindən gələn üç gəmiçilik xəttində tanker daşınması dondurulub və bu da tankerlərin İraq sahillərinə çatmasına mane olub.  

Nümayəndə həmçinin vurğulayıb ki, son bir neçə gündə sığorta xərclərinin artması səbəbindən İraqa dəniz yük daşımalarının qiymətləri 60% artıb. 

Bundan əlavə, İraq Neft Nazirliyi bildirib ki, Hörmüz boğazı ətrafındakı vəziyyətə görə daxili enerji istehsalının və dəniz ixracının azalması ölkənin neft emalı zavodlarının davamlı fəaliyyətinə təsir etməyib. Nazirlik izah edib ki, daxili bazar üçün bütün növ neft məhsullarının istehsalı normal davam edir. 

Aysel Mətləb

TodayPress TV

tag: İraq,Hörmüz,Tanker,Neft,Todaypress.tv,