İranla münaqişə Avropa iqtisadiyyatına təsir edə bilər
Dünya
13.03.2026 23:10
İranla bağlı münaqişənin Avropa, xüsusilə də Almaniya üçün iqtisadi nəticələri onun müddətindən asılı olacaq və əsasən enerji və ərzaq qiymətlərinə təsir edəcək.
TodayPress TV xəbər verir ki, bu bu barədə “Die Zeit” qəzeti Almaniya İqtisadiyyat Nazirliyinə məsləhət verən ekspertlərin hesabatına istinadən məlumat yayıb.
"Almaniya və Avropa iqtisadiyyatları üçün nəticələr ilk növbədə daşınma məhdudiyyətlərinin və enerji təchizatındakı fasilələrin müddətindən asılıdır", - deyə hesabatda bildirilib.
Ekspertlər hesab edirlər ki, enerji və yanacaq qiymətləri qısa müddətdə arta bilər və bu da Avropada inflyasiyanın sürətlənməsinə səbəb ola bilər. Orta müddətli perspektivdə münaqişə gübrə qiymətlərinin artmasına da səbəb ola bilər.
Aysel Mətləb
tag: İran,Almaniya,Avropa,İqtisadiyyat,TodayPress TV,
