İranın İsfahandakı hərbi bazasına hava hücumu edildi
Ölkənin mərkəzi hissəsində yerləşən İsfahan şəhəri yaxınlığındakı İran hərbi bazasına hava hücumu həyata keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Əl-Hədəs" televiziyası məlumat yayıb.
Bildirilib ki, mümkün maddi ziyan və ya tələfat barədə hələlik heç bir məlumat yoxdur.
Aysel Mətləb