İranın gözü və qulağı sıradan çıxarıldı: ABŞ rabitə və radar sistemlərini belə vurdu

İranın gözü və qulağı sıradan çıxarıldı: ABŞ rabitə və radar sistemlərini belə vurdu
11.06.2026 10:41 Dünya

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyunun 10-da İran ərazisində əlavə özünümüdafiə əməliyyatları həyata keçirdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, CENTCOM-un məlumatına görə, əməliyyat ABŞ Prezidentinin göstərişi əsasında icra olunub.

Zərbələr İranın hərbi müşahidə imkanlarına, rabitə sistemlərinə və hava hücumundan müdafiə obyektlərinə yönəlib.

Bildirilib ki, əməliyyatda ABŞ Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun bölmələri iştirak edib. Hədəf alınan obyektlərin ABŞ qüvvələri və regionun sularında hərəkət edən beynəlxalq ticarət gəmiləri üçün təhlükə yaratdığı qeyd olunub.

CENTCOM vurğulayıb ki, zərbələr İranın davam edən hücumlarına cavab olaraq həyata keçirilib. Bəyanatda həmçinin ABŞ qüvvələrinin yüksək hazırlıq vəziyyətində olduğu və istənilən təhdidə qarşı əməliyyat aparmağa hazır qaldığı bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər