İrandan ABŞ-yə nüvə şərti: Cəmi 60 GÜN VAXT VERİLDİ!

İrandan ABŞ-yə nüvə şərti: Cəmi 60 GÜN VAXT VERİLDİ!
13.06.2026 12:37 Dünya

İran yüksək zənginləşdirilmiş uranın seyrəldilməsinə razıdır, lakin bu proses yalnız ölkə ərazisində həyata keçirilə bilər.

TodayPress TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İran Dövlət Televiziya və Radio Şirkətinin efirində deyib.

Nazir bildirib ki, Tehranın yüksək zənginləşdirilmiş uranla bağlı mövqeyi dəyişməz olaraq qalır.

“Yüksək zənginləşdirilmiş uranın seyrəldilməsi yalnız İran ərazisində mümkündür”, – deyə Əraqçi vurğulayıb.

Onun sözlərinə görə, İranın nüvə proqramı və sanksiyaların ləğvi məsələləri ABŞ ilə danışıqların ikinci mərhələsinə çıxarılıb. Bu mərhələ üçün 60 günlük müddət nəzərdə tutulur.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər