İranda dəhşətli qəza: Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxdı

İranda dəhşətli qəza: Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxdı
11.06.2026 21:10 Dünya

İranda Təbriz-Məşhəd sərnişin qatarı Miyanə vilayətinin ərazisində relsdən çıxıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Təbriz-Məşhəd sərnişin qatarı Türkmənçay ərazisində (Vərzəqan yolu yaxınlığında) relsdən çıxıb", - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, hadisə ilə əlaqədar Miyanə Qızıl Aypara Cəmiyyətinin xilasetmə və əməliyyat qrupları dərhal hadisə yerinə yönləndirilib.

Ölən və xəsarət alanlar barədə məlumat açıqlanmayıb.

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər