İranda İsraili dəstəklədiyi iddia edilən 9 nəfər saxlanıldı

İranda İsraili dəstəklədiyi iddia edilən 9 nəfər saxlanıldı
21.06.2025 15:22 Dünya

İranın Buşer vilayətinin polis rəisi Heydar Suseni bildirib ki, İsraili dəstəklədiyi iddia edilən 9 nəfər saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Suseninin sözlərinə görə, aparılan araşdırmalar nəticəsində ictimaiyyəti təxribatlara təşviq edən və cəmiyyətin psixoloji təhlükəsizliyini hədəf alan şəxslərin kimliyi müəyyən edilib və onlar hüquq-mühafizə orqanları tərəfindən nəzarətə alınıb. Saxlanılan şəxslər artıq məhkəməyə təhvil verilib.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər