İranda etiraz dalğası davam edir: Məscid yandırıldı

Dünya

10.01.2026 12:15

İranda etirazlar davam edir.

TodayPress TV xəbər verir ki, yerli media məlumat yayıb.

Bildirilir ki, etirazçılar Kərəcdə şəhər meriyasını yandırıblar, həmçinin paytaxtdakı bir şəhər məscidinə də ziyan vurulub.

Ölkədə internetə çıxış təxminən iki gündür məhdudlaşdırılsa da, görüntülər yerli sosial mediada yayılır. Etirazlar fonunda 1979-cu ildə devrilmiş İran şahının oğlu Rza Pəhləvi iranlıları "rejimi daha da zəiflətmək" üçün daha böyük etirazlar keçirməyə çağırıb.

9 yanvar ölkədə indiyə qədər ən böyük etirazlar baş verib. Başlanğıcda etirazlar İran rialının devalvasiyası səbəbindən iqtisadi məsələlərlə bağlı olsa da, sonradan bir neçə şəhərdə polis qüvvələri ilə toqquşmalara çevrilib və etirazçıların şüarları siyasi xarakter alıb. Həm təhlükəsizlik qüvvələri, həm də etirazçılar arasında itkilər olduğu bildirilir.

İranın Ali Milli Təhlükəsizlik Şurası etirazların arxasında ABŞ və İsraili görərək, iğtişaşların təşkilində onları ittiham edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,Etiraz,İnternet,Məscid,Todaypress.tv,