İranda böyük qaz yatağı aşkarlandı

İranda böyük qaz yatağı aşkarlandı
07.10.2025 01:45 Dünya

İranın neft naziri Möhsün Paknejad Fars əyalətindəki Pazan yatağında təqribən 280 milyard kubmetr qaz aşkarlandığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu ehtiyatlar yaxın illərdə ölkənin enerji çatışmazlığının aradan qaldırılmasında mühüm rol oynaya bilər.

Bərpa oluna bilən həcmlər təqribən 7 trilyon kubfut qaz səviyyəsində qiymətləndirilir ki, bu da ən böyük Cənubi Pars yatağının bir fazasından 7000 günlük hasilata ekvivalentdir.

Yeni yatağın işlənməsinə ən azı 40 ay sonra başlanacaq.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər