İranda ard-arda partlayışlar: İsrail Tehranı vurdu - VİDEO

İranda ard-arda partlayışlar: İsrail Tehranı vurdu - VİDEO
08.06.2026 08:08 Dünya

İsrail Müdafiə Qüvvələri İranda hərbi hədəflərə qarşı əməliyyat keçirdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, məlumata görə, zərbələr ölkənin qərb və mərkəzi bölgələrində, o cümlədən Tehrandakı Mehrabad Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən hərbi obyektləri hədəf alıb.

Yerli mənbələr Tehran, Kərəc, Təbriz, Urmiya, Kermanşah, Nəcəfabad və Şiraz şəhərlərində partlayış səslərinin eşidildiyini bildirir. Həmçinin, Bağdad şəhərinə hücumla bağlı məlumatlar yayılıb.

İsrail Müdafiə Qüvvələrinin açıqlamasına görə, Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi əməliyyat davam edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər