İranda 84 saatdan çoxdur internet yoxdur
İran ərazisində 84 saatdan artıqdır ki, internet bağlantısı kəsilib.
TodayPress TV xəbər verir ki, bu barədə "NetBlocks"( Beynəlxalq internet monitorinq xidməti) məlumat yayıb.
Xidmətin açıqlamasında bildirilir ki, böhran dövründə açıq internetə çıxış həyati əhəmiyyət daşıyır və internetin bağlanması vətəndaşların məlumatlı qalmaq, həmçinin ölkələrinin gələcəyinin formalaşmasında iştirak etmək hüquqlarına məhəl qoyulmaması deməkdir.
Məlumata görə, İranda internet fevralın 28-də ABŞ və İsrailin hücumları fonunda kəsilib.
Jalə Rövşən