İran Yaxın Şərqdə 7 ABŞ hərbi obyektinə zərbə endirdi

Dünya

04.03.2026 10:40

Döyüş əməliyyatlarının ilk üç günü ərzində İran Yaxın Şərqdə yerləşən ən azı yeddi ABŞ hərbi obyektində rabitə və radar avadanlıqlarına zərbə vurub. 

TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" peyk görüntülərinə əsasən məlumat yayıb.

Məlumata əsasən, 28 fevral – 2 mart tarixləri arasında baş verən hücumlarla bağlı peyk görüntüləri və video materiallar təhlil edilib. Görüntülərdə ballistik raketlərin aşkarlanması üçün istifadə olunan radar sistemlərinə, eləcə də peyk rabitə antenalarına və onların qoruyucu konstruksiyalarına dəyən zərər əks olunub. Qəzet yazır ki, hücumların məqsədi ABŞ qüvvələri arasında rabitəni pozmaq olub.

Təhlilə görə, zərbələr Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı, və BƏƏ  ərazisindəki ABŞ obyektlərinə, həmçinin Qətərdə yerləşən və regionun ən böyük ABŞ hərbi bazası hesab olunan "Al Udeid Air Base"ə dəyib.

ABŞ Mərkəzi Komandanlığı qəzetin məlumatları ilə bağlı şərh verməkdən imtina edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran isə bölgədəki ABŞ və İsrail hədəflərinə zərbələrlə cavab verib.

Jalə Rövşən

TodayPress TV

tag: ABŞ,İran ,Hücum,Yaxın Şərq ,Todaypress.tv,