İran XİN rəhbərinin Pakistan səfərinin məqsədi açıqlandı
Dünya
27.04.2026 01:09
İranın xarici işlər naziri Abbas Əraqçi yenidən Pakistana səfər edib və bu dəfə regional məsləhətləşmələr aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Məlumata əsasən, onun səfəri nüvə məsələsi ilə bağlı deyil. Əraqçi Pakistan, Oman və Rusiya daxil olmaqla region ölkələrinə turne həyata keçirir.
Bildirilir ki, bu görüşlərdə İran tərəfi Pakistanı mümkün müharibənin dayandırılması üçün şərtlərlə bağlı vasitəçi kimi məlumatlandırıb. Müzakirələrin əsas mövzularından biri Hörmüz boğazı ətrafında yeni hüquqi rejim, kompensasiya məsələləri və gələcək təhlükəsizlik təminatlarıdır.
Qeyd olunur ki, daha əvvəl bəzi media orqanları İran daxilində bu məsələyə dair fikir ayrılıqları olduğunu yazıb.
Türkan İsgəndərli
tag: İran,XİN,Pakistan,Nüvə,Todaypress.tv,
