İran XİN rəhbəri Rusiyaya gedəcək

Dünya

26.04.2026 20:53

İranın xarici işlər naziri Abbas Əraqçi İslamabada səfər edib və qısa görüşlərdən sonra Moskvaya yola düşməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Məlumata əsasən, o, Omana bir günlük səfərini başa vurduqdan sonra Pakistanın Nur Xan hava bazasına eniş edib.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya ABŞ və İran arasında mümkün münaqişənin həlli üçün vasitəçi rolunda çıxış etmir. O qeyd edib ki, Fars körfəzində vəziyyət hələ də gərgin və qeyri-sabit olaraq qalır.

Bundan əvvəl Əraqçi Pakistanın xarici işlər naziri İsaq Dar ilə telefon danışığında ABŞ-nin addımlarını tənqid edərək, Vaşinqtonun bölgədəki vəziyyətin həllində ciddi olmadığını iddia edib.

Qeyd edək ki, Rusiya tərəfi daha əvvəl İranın uran ixracı ilə bağlı təklifinə də münasibət bildirib.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,XİN,Rusiya,Pakistan,Todaypress.tv,