İran XİN: İrana qonşu ölkələrin yaşayış məntəqələrindən raketlər atılır

İran XİN: İrana qonşu ölkələrin yaşayış məntəqələrindən raketlər atılır
09.03.2026 06:45 Dünya

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai qonşu ölkələrin yaşayış məntəqələrindən İran ərazisinə raket atıldığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

"Regiondakı ABŞ hərbi bazalarına, obyektlərinə müdafiə zərbələrimizin əsaslandırılmasını inadla görməzdən gələnlərə müraciət edirəm. Raketlər qonşu ölkələrin yaşayış məntəqələrindən İrana atılır və Amerika qırıcı təyyarələri qonşu ölkələrin hava məkanından istifadə edərək İrana zərbə endirir ki, bu da regional təhlükəsizliyə təhlükə yaradır".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər