İran XİN Bolqarıstana xəbərdarlıq etdi
Dünya
01.04.2026 23:20
İran Xarici İşlər Nazirliyi Bolqarıstan hakimiyyətinə ABŞ ilə olan qarşıdurmalarına müdaxilə etməyin təhlükələri barədə xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, bu barədə Bolqarıstan parlamentinin növbədənkənar iclasında "Belə bir xalq var" partiyasının təmsilçisi Stanislav Balabanov məlumat verib.
Siyasətçi parlament tribunasından İran səfirliyinin hələ martın 18-də Bolqarıstan XİN-ə göndərdiyi rəsmi notanın fotosurətini nümayiş etdirib və bu sənəd barədə parlamentdə heç bir məlumatın olmamasına təəccübləndiyini bildirib.
Xarici işlər idarəsinin rəis müavini Marin Raykov brifinqdə müvafiq sənədin alındığını təsdiqləsə də, İran ilə diplomatik münasibətlərin səviyyəsinin dəyişməz qaldığını və Bolqarıstan ərazisində döyüş təyyarələrinin olmadığını vurğulayıb.
"Bolqarıstan üzərindən hərbi əməliyyatlarda iştirak edən döyüş təyyarələri uçmur və onlara yanacaq doldurulmur. Bolqarıstan bu müharibədə iştirak etmir və iştirak etmək niyyətində də deyil", - deyə diplomat bildirib.
Aysel Mətləb
tag: İran,Bolqarıstan,ABŞ,Xəbərdarlıq,TodayPress TV,
