İran vitse-prezidenti Pezeşkianın bəyanatına aydınlıq gətirdi

Dünya

07.03.2026 20:10

İranın rabitə və məlumatlandırma məsələləri üzrə vitse-prezidenti Mehdi Tabatabai ölkə Prezidenti Məsud Pezeşkianın bugünkü bəyanatlarını şərh edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

“Pezeşkian sadəcə onu demək istəyib ki, əgər region ölkələri ABŞ-nin İrana qarşı təcavüzünə yardım etməsələr, hədəfə çevrilməyəcəklər”, - deyə nəşr Tabatabaidən sitat gətirib.

O vurğulayıb ki, İran İslam Respublikası təxribatlara uymayacaq və əlavə edib ki, İran Silahlı Qüvvələri Amerika bazalarından gələn təcavüzə qətiyyətlə cavab verəcək.

Xatırladaq ki, daha əvvəl xalqa müraciətində İran Prezidenti bəyan etmişdi ki, Müvəqqəti Rəhbərlik Şurası martın 6-sı qonşu ölkələrə qarşı bir daha hücumların və ya raket buraxılışlarının olmayacağı barədə qərar verib, bir şərtlə ki, həmin ölkələr İrana hücum etməsinlər.

Pezeşkian, həmçinin qonşu ölkələrdən üzr istəyib.

Aysel Mətləb

TodayPress TV

tag: Pezeşkian,Tabatabai ,İran,Bəyanat,Todaypress.tv,