İran və Çin Amerika sanksiyasını dəldi, dollar zibilliyə atıldı
İran və Çin ABŞ sanksiyalarından yayınmaq üçün neft müqabilində mal ticarətinə əsaslanan alternativ mexanizmdən istifadə edir.
TodayPress TV xəbər verir ki, "Reuters"in məlumatına görə, İran neft satışından əldə olunan gəlirləri Çin mallarının alınması üçün kreditlərə çevirir.
Nəşr yazır ki, bu vəsait hesabına Tehran dərman, avtomobil və rabitə avadanlıqları əldə edir.
Məlumata görə, mexanizm çərçivəsində son bir ildə təxminən 2-2,5 milyard dollar vəsait dövriyyədən keçib. Sistem ənənəvi beynəlxalq bank kanallarından yan keçməyə imkan verir.
"Reuters"in danışdığı mənbələr həmçinin bu mexanizmdən son bir il ərzində İrana milyonlarla dollar dəyərində hava hücumundan müdafiə avadanlıqlarının tədarükü ilə bağlı müqavilələrdə ən azı bir dəfə istifadə edildiyini bildiriblər.
Bununla belə, agentlik sözügedən əməliyyatları müstəqil şəkildə təsdiqləyə bilməyib.
Beləliklə, Çin güzəştli qiymətlərlə İran nefti əldə edir, Tehran isə beynəlxalq maliyyə sistemindən istifadə etmədən ehtiyac duyduğu Çin mallarını almaq imkanı qazanır.
Jalə Rövşən