İran Türkiyəyə raket atışları ilə bağlı xəbərləri təkzib edir
“İran Türkiyəyə raket atmayıb və bunu ABŞ və İsrailin təxribatı hesab edir”.
TodayPress TV xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının sözçüsü Xatəm əl-Ənbiya bildirib:
"İran İslam Respublikasının Silahlı Qüvvələri dost və qonşu Türkiyəyə qarşı hər hansı raket atışını rədd edir. ABŞ liderlərinin əvvəlki təxribatlarını nəzərə alsaq, görünür ki, bu hərəkət ABŞ tərəfindən iki ölkə - İran və Türkiyə arasındakı münasibətlərə xələl gətirmək məqsədi ilə edilib. Bunun üçün araşdırma tələb olunur".
Qeyd edək ki, martın 13-də Türkiyə Müdafiə Nazirliyi NATO qüvvələrinin Aralıq dənizində Türkiyə hava məkanına daxil olan İrandan atılan raketi məhv etdiyini bildirib. Bu, 4 martdan bəri baş verən üçüncü belə hadisədir.
Aysel Mətləb