Azərbaycanın U-21 millisinin heyəti açıqlanıb, siyahıda Nəriman Axundzadə də yer alıb
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün heyəti açıqlanıb.
Bu barədə TodayPress TV-yə AFFA-dan məlumat verilib.
Komandaya 25 oyunçu dəvət alıb.
Onların arasında Türkiyənin "Ərzurumspor" klubunda çıxış edən Nəriman Axundzadə də var.
U-21 sentyabrın 25-də evdə Çexiya, sentyabrın 30-da səfərdə Şotlandiya, oktyabrın 6-da evdə Cəbəllütariqlə üz-üzə gələcək.
