İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı
İranın Türkiyədəki səfiri Türkiyə ərazisi yaxınlığında İran tərəfindən buraxılan raketin vurulması hadisəsi ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbədən "TASS"a bildirilib.
"İran səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və orada ona reaksiyamız, hadisə ilə bağlı narahatlıqlarımız barədə məlumat verilib", - deyə qeyd olunub.
Aysel Mətləb