İran raketlərinin ABŞ qüvvələrinin yerləşdiyi bazaya zərbə endirdiyi an - VİDEO
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya ərazisində yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirildiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, SEPAH-ın yaydığı məlumata görə, əməliyyat nəticəsində ABŞ-a məxsus "THAAD" hava hücumundan müdafiə sisteminin radarı, "Patriot" kompleksinin bəzi elementləri, C-RAM radiolokasiya stansiyası və hərbi bazanın yanacaq anbarları hədəfə alınıb.
Bəyanatda həmçinin bildirilib ki, zərbələr nəticəsində helikopter avadanlıqlarının saxlanıldığı iri anbar və hərbi helikopterlərə texniki xidmət göstərilən anqar da istifadəyə yararsız vəziyyətə düşüb.
Nicat Osmanlı