İran raketi Suriyanın cənubunda sənaye zonasını vurdu – Ölənlər var

İran raketi Suriyanın cənubunda sənaye zonasını vurdu – Ölənlər var
28.02.2026 17:02 Dünya

Suriyanın cənubundakı Sveyda vilayətində sənaye zonasına İran raketinin düşməsi nəticəsində azı 4 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Suriya dövlət mediası məlumat yayıb.

Bildirilir ki, raket zərbəsi nəticəsində Sveyda şəhərinin cənubunda yerləşən sənaye sahəsində dağıntılar meydana gəlib, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

İlkin məlumatlara görə, hücum nəticəsində azı dörd nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisənin dəqiq səbəbləri və raketin hansı şəraitdə həmin əraziyə düşməsi ilə bağlı araşdırmalar davam edir.

Qiymət Mahir

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər