İran Müdafiə Nazirliyi: "1000-dən çox yerli silah növü istehsal edirik"

Dünya

25.04.2026 20:30

İran hələ də raket potensialının əhəmiyyətli bir hissəsini saxlayır.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sözçüsü Rza Talayi Nik dövlət televiziyasına bildirib.

Sözçü İranın Müdafiə Nazirliyinin raketlər, dronlar və digər hərbi sistemlər də daxil olmaqla 1000-dən çox yerli silah növü hazırladığını qeyd edib.

Onun sözlərinə görə, bu imkanlar İranın müdafiə sənayesinə 25 ildən çox müddətdə qoyulan investisiyanın nəticəsidir və istehsalda təxminən 9000 şirkət iştirak edir.

Sözçü vurğulayıb ki, ABŞ-nin İranın raket arsenalını əhəmiyyətli dərəcədə azaltdığına dair iddialarına baxmayaraq, onun böyük bir hissəsi hələ də istifadə olunmur.

Aysel Mətləb

TodayPress TV

tag: İran,Müdafiə,Arsenal,Raket,TodayPress TV,