İran İsrailin radar sistemlərini məhv etdiyini açıqladı

Dünya

10.03.2026 16:33

Müasir İran raketləri və dronları düşmən mövqelərini məhv etməkdə təsirlidir. 

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bunu İran İslam Respublikası Ordusunun sözçüsü Məhəmməd Əkrəminiya  İran dövlət televiziyasına müshibəsində bildirib. 

O əlavə edib ki, İran İsrailin radar sistemlərinin əhəmiyyətli hissəsini məhv edib və bu, hərbi bazalara zərbə endirməyi asanlaşdırıb.

İranın dövlət televiziyası onun sözlərini sitat gətirib: "Düşmənin radar imkanlarının əhəmiyyətli hissəsi məhv edilib və bu, rejimin Hayfadakı hərbi bazalarına hücum etməyi əvvəlkindən daha asanlaşdırıb".

O, həmçinin vurğulayıb ki, müasir İran raketləri və dronları düşmən mövqelərini məhv etməkdə təsirli olub.

Jalə Rövşən 

TodayPress TV

tag: İran ,Məhəmməd Əkrəminiya ,İsrail ,Dron ,Todaypress.tv,