İran İsrailə raket və dronlarla hücum etdi

Dünya

06.03.2026 12:44

İran İsraildəki hədəflərə raket və pilotsuz uçuş aparatları ilə birgə hücum həyata keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) məlumat yayıb.

Bəyanatda bildirilib ki, “Əsl Vəd 4” əməliyyatının 21-ci dalğası başlayıb. Qeyd olunub ki, hücum zamanı dronlardan və “Kheibar” raketlərindən istifadə edilir.

Bundan əvvəl İranın Xatəm əl-Ənbiya hərbi komandanlığı yaxın günlərdə ABŞ və İsraillə əlaqəli hədəflərə qarşı zərbələrin tempinin və miqyasının artacağını açıqlamışdı.

Həmçinin İran ABŞ-nin Yaxın Şərqdəki müttəfiqlərini əvvəlcədən xəbərdar edib ki, ABŞ tərəfindən hücum olacağı təqdirdə, onların ərazisində yerləşən Amerika hərbi bazaları İranın zərbələrinin hədəfinə çevrilə bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,İsrail,ABŞ,Raket,Todaypress.tv,