İran İsrailə böyük hücuma hazırlaşır - TƏCİLİ
İran İsraili də əhatə edən genişmiqyaslı hücuma hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə “Channel 13” məlumat yayıb.
Nəşrin məlumatına görə, İranın üzləşdiyi təzyiqlər fonunda İsraili də əhatə edəcək genişmiqyaslı hücum planı üzərində çalışdığı iddia olunur.
Məlumata əsasən, Tehran bölgədə artan təzyiqlərə cavab olaraq daha genişmiqyaslı hərbi əməliyyat həyata keçirməyi nəzərdən keçirir.
Hücum planının detalları və onun nə zaman həyata keçirilə biləcəyi barədə isə əlavə məlumat verilməyib.
Kübra Musayeva