İran: Hörmüz boğazında Hindistan gəmilərinə maneə yaratmırıq

Dünya

06.03.2026 17:20

İran Hörmüz boğazından keçən Hindistan gəmilərinə heç bir maneə yaratmadığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.

Onun sözlərinə görə, Tehran Hindistan gəmilərinin boğazdan keçməsinə müdaxilə etmir.

“İran Hörmüz boğazında Hindistan gəmilərini dayandırmır”, – deyə Xətibzadə Hindistanın “The Hindu” qəzetinə bildirib.

Diplomat, eyni zamanda Yeni Dehlini ABŞ-dən İran gəmilərinə qarşı hücumların səbəbi ilə bağlı izahat tələb etməyə çağırıb.

“ABŞ-nin Hind okeanında İran gəmilərini niyə hədəfə aldığını Hindistan soruşmalıdır. Təhdid yaradan tərəf onlardır və suallar da onlara verilməlidir”, – deyə o vurğulayıb.

Xatırladaq ki, martın 4-də ABŞ-yə məxsus sualtı qayığın Hind okeanında, Şri-Lanka sahilləri yaxınlığında İranın “IRIS Dena” freqatına hücum etdiyi və gəminin batdığı barədə məlumat yayılmışdı. Gəmidə 180 nəfərin olduğu bildirilir.

Qiymət Mahir

TodayPress TV

tag: İran,Hörmüz,Hindistan,Gəmi,Todaypress.tv,