İran genralı: "Hakimiyyətdə fikir ayrılığı yoxdur"

Dünya

22.05.2026 23:08

"İran hakimiyyətində heç bir fikir ayrılığı yoxdur".

TodayPress TV xəbər verir ki, bunu iranlı general Yahya Rəhim Səfəvi bildirib.

General qeyd edib ki, o, Prezident Məsud Pezeşkianla geniş müzakirələr aparıb və ona ordunun vəziyyəti barədə məlumatlar verib:

"Biz uzun müzakirələr apardıq. Prezident bildirdi ki, İran müharibə axtarışında deyil amma öz təhlükəsizliyini qorumaqdan əsla imtina etməyəcək".

Onun sözlərinə görə, Pezeşkian İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanlığı ilə görüşüb. Rəhim Səfəvi bildirib ki, iran ordusu prezidentin və ali dini rəhbərin tapşırıqlarını yerinə yetirməyə hər an hazırdır.

Aysel Mətləb

TodayPress TV

tag: İran ,Yahya Rəhim Səfəvi,Məsud Pezeşkian,SEPAH,TodayPress TV,