İran Ərbilə zərbələr endirir - VİDEO
İranın Ərbilə zərbələr endirdiyi barədə məlumat yayılıb.
TodayPress TV xəbər verir ki, hazırda İraqın Kürdüstan bölgəsinin paytaxtı Ərbildə İran tərəfindən intensiv hücumların həyata keçirildiyi bildirilir. Hücumların miqyası və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, İranın Ərbil və ümumilikdə İraq Kürdüstanına qarşı yeni zərbələr endirə biləcəyi barədə xəbərdarlıqlar da bu gün səsləndirilib.
Kübra Musayeva