İran donanması tankerlərə hücumlarını artırdı
ABŞ və İsrailin 28 fevral hücumlarından bəri İran Hörmüz boğazında əksəriyyəti tanker olan 10-dan çox gəmiyə hücum edib.
TodayPress TV xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü bildirib.
“İndiyə qədər 10-dan çox belə gəmi və tankeri vurmuşuq. ABŞ lideri Donald Tramp hər gün İran donanmasını məhv etməkdən danışır, amma biz onların gəmilərini vurmağa davam edirik. Onların geriyə, irəliyə yolu yoxdur”, - qeyd edilib.
Aysel Mətləb