İran: Bəzi region ölkələrinin coğrafiyası düşmənin ixtiyarına verilib

İran: Bəzi region ölkələrinin coğrafiyası düşmənin ixtiyarına verilib
07.03.2026 21:50 Dünya

"İran Silahlı Qüvvələrinin əldə etdiyi məlumatlara görə, bəzi region ölkələrinin coğrafiyası aşkar və ya gizli şəkildə düşmənin istifadəsinə verilib və bu ərazilər İrana qarşı hücumlarda istifadə olunur".

TodayPress TV xəbər verir ki, bu fikirləri İranın Məhkəmə Sistemi rəhbəri və Müvəqqəti Rəhbərlik Şurasının üzvü Qulam Hüseyn Möhsüni Ejei deyib.

O, İrana qarşı hücumların mənbəyinə yönəlmiş qisas əməliyyatlarının davam edəcəyini və bu strategiyanın dövlətin bütün qurumları tərəfindən mənimsənildiyini qeyd edib.

Ölkəsinin qisas hücumları ilə "özünü müdafiə hüququndan istifadə etdiyini" bildirən Ejei, İranın tarix boyu qonşularına qarşı hörmətini qoruduğunu bildirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər