İran ABŞ təyyarədaşıyan gəmisini dronlarla vurduğunu iddia edir
İranın Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığı Amerika təyyarədaşıyan gəmisi olan “Abraham Lincoln”un ölkənin pilotsuz təyyarələri tərəfindən vurulduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsü məlumat verib.
“Hörmüz boğazını idarə etməyə çalışarkən Oman dənizində İranın dəniz sərhədlərinə yaxınlaşan “Abraham Lincoln” təyyarədaşıyan gəmisi İran İslam İnqilab Keşikçiləri Korpusunun dronları tərəfindən vurulub”, - deyə bildirilib.
O əlavə edib ki, gəmi esminesləri ilə birlikdə tez bir zamanda qaçıb və hazırda bölgədən minlərlə kilometr uzaqlıqdadır.
Aysel Mətləb