İran ABŞ-nin sualtı aparatını belə ələ keçirdi - VİDEO

İran ABŞ-nin sualtı aparatını belə ələ keçirdi - VİDEO
10.09.2026 21:56 Dünya

İran ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirilməsi görüntülərini yayıb.

TodayPress TV xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı görüntülərdə ABŞ-yə məxsus “Dive-LD” pilotsuz sualtı aparatının ələ keçirildiyi iddia olunur.

İran tərəfi aparatın Hörmüz boğazının girişində xüsusi əməliyyat nəticəsində ələ keçirildiyini açıqlayıb.

ABŞ tərəfi isə sualtı aparatın nasazlıq səbəbindən sıradan çıxdığını bildirib. Pentaqonun məlumatına görə, sözügedən aparat köhnə model olub və həssas məlumat və ya məxfi avadanlıq daşımayıb.

Yayılan görüntülərin məhz hadisə zamanı çəkildiyi isə müstəqil şəkildə təsdiqlənməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər