İran ABŞ-nin gəmisinə hücum etdi
Dünya
13.03.2026 11:53
İran ordusu ABŞ-yə məxsus "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinə hücum edildiyini və onun sıradan çıxarıldığını iddia edib.
TodayPress TV xəbər verir ki, bu barədə İranın dövlət televiziyası "IRIB" məlumat yayıb.
Məlumata görə, Xatəm əl-Ənbiya Komandanlığının sözçüsü İbrahim Zülfəqari bildirib ki, gəmi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) donanması tərəfindən vurulub.
Onun sözlərinə görə, “Abraham Lincoln” təyyarədaşıyan gəmisi raket hücumuna məruz qalıb, nəticədə sıradan çıxarılıb və regionu tərk edərək ABŞ-yə qayıdır. Zülfəqari hücumun yeni olub-olmadığını dəqiqləşdirməyib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Hücumlar paytaxt Tehran da daxil olmaqla bir neçə şəhəri əhatə edib.
Türkan İsgəndərli
tag: İran,ABŞ,Ordu,Gəmi,Todaypress.tv,
