İran ABŞ-ni ittiham etdi: AEBA-da yeni gərginlik yaranır
İran ABŞ-ni Beynəlxalq Atom Enerjisi Agentliyində (AEBA) təxribat xarakterli qətnamənin qəbuluna çalışmaqda ittiham edib.
TodayPress TV-nin məlumatına görə, İranın Beynəlxalq Atom Enerjisi Agentliyi yanında İranın Daimi Nümayəndəliyi tərəfindən yayılan bəyanatda bildirilib ki, Vaşinqton İdarə Heyətinin İranın nüvə obyektlərinə vurulan zərərin yoxlanılmasını da əhatə edən qətnamə qəbul etməsini istəyir.
Açıqlamada qeyd olunub ki, ABŞ-nin təşəbbüsü “lazımsız və təxribatçı” xarakter daşıyır və İran buna qarşı çıxır.
Bundan əvvəl İran AEBA-nın İdarə Heyətinin iclasında nüvə obyektlərinə qarşı hücum və təhdidlərin qeyd-şərtsiz qadağan edilməsinin vacibliyini vurğulamışdı.
ABŞ isə uzun müddətdir ki, İranın nüvə silahı əldə etməməli olduğunu bildirir və Tehranı nüvə proqramı ilə bağlı razılaşmaya çağırır. İran isə nüvə silahı hazırlamaq niyyətində olmadığını bəyan edir və nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu müdafiə etdiyini bildirir.
Türkan İsgəndərli