"Apple" "iPhone 18 Pro" ilə bazarı silkələdi - Qiymət də artdı, imkanlar da

"Apple" "iPhone 18 Pro" ilə bazarı silkələdi - Qiymət də artdı, imkanlar da
10.09.2026 01:34 Dünya

“Apple” payız təqdimatında yeni “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərini nümayiş etdirib.

TodayPress TV xəbər verir ki, təqdimat zamanı yeni smartfonların texniki xüsusiyyətləri və qiymətləri açıqlanıb.

Bildirilib ki, yeni modellər dörd fərqli rəngdə təqdim olunub. Smartfonlar M seriyalı prosessorlardan ilhamlanaraq hazırlanan 2 nanometrlik, 6 nüvəli CPU və 7 nüvəli GPU-ya malik “A20 Pro” çipi ilə təchiz edilib.

Yeni prosessor sayəsində qrafik performansının 40 faiz artdığı, soyutma sisteminin isə təkmilləşdirildiyi qeyd olunub.

Kamera sisteminə də bir sıra yeniliklər əlavə edilib. Video çəkilişi zamanı FPS, ekspozisiya və balansı tənzimləmək, eləcə də fokus nöqtəsini dəyişmək mümkün olacaq.

Bundan başqa, “Apple Intelligence” çərçivəsində “Siri” üçün böyük süni intellekt yenilənməsi təqdim edilib. Sistemin 250-dən çox tətbiqlə inteqrasiya oluna bildiyi bildirilir.

Qeyd edək ki, “iPhone 18 Pro”nun qiyməti 1199, “iPhone 18 Pro Max”ın qiyməti isə 1299 ABŞ dollarından başlayır.

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər