İordaniyaya bir həftə ərzində yüzdən çox PUA hücum etdi

İordaniyaya bir həftə ərzində yüzdən çox PUA hücum etdi
07.03.2026 21:20 Dünya

ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlayandan bəri İordaniya ərazisindəki obyektlərə 119 raket və pilotsuz uçuş aparatı (PUA) hücum edib.

TodayPress TV xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin nümayəndəsi Mustafa Hiyari mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, İordaniya ərazisindən İrana qarşı heç bir hücum həyata keçirilməməsinə baxmayaraq, bütün zərbələr tamamilə İordaniyaya məxsus hədəflərə endirilib.

Hökumət nümayəndələri vurğulayıblar ki, bu zərbələr nəticəsində 14 nəfər yaralanıb.

Bildirilib ki, xəsarətlərin əksəriyyəti qəlpə yaraları olmaqla yüngül xarakterlidir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər