İngiltərədə sərnişin qatarı relsdən çıxdı
İngiltərənin Şərqi Sasseks qraflığında Lyuis şəhəri yaxınlığında sərnişin qatarı relsdən çıxıb.
TodayPress TV xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Hadisə yerində təcili yardım briqadaları, yanğınsöndürənlər və nəqliyyat polisi əməkdaşları çalışır.
Yaralananlar barədə hələlik məlumat verilmir.