İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 440-ı keçdi

Dünya

01.12.2025 02:22

İndoneziyanın Sumatra adasında baş verən daşqın və sürüşmələr nəticəsində həlak olanların sayı kəskin 442-yə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Adada evakuasiya işləri davam edir, əsas yollar bağlanıb, internet və elektrik yalnız qismən bərpa olunub.

Musson yağışları tropik fırtınaları daha da gücləndirərək son illərdə Cənub-şərqi Asiyada ən güclü daşqınlardan birinə səbəb olub. Malayziya və Tailandda yüzlərlə insan həlak olub və itkin düşüb, bütün regionda milyonlarla insan zərər çəkib.

Tailandda rəsmi ölənlərin sayı hazırda 170 nəfərdir, Malayziyanın şimalındakı Perlis ştatında isə daha iki nəfər həyatını itirib.

Şri-Lankada daşqın və sürüşmələrin yaratdığı ekstremal hava şəraiti nəticəsində təxminən 200 nəfər həlak olub.

Türkan İsgəndərli

TodayPress TV

tag: İndoneziya,Sel,Daşqın,Yağış,Todaypress.tv,