"İndiki üzvlərin yarısı yox ikən biz var idik" - Ankaradan Brüsselə mesaj

"İndiki üzvlərin yarısı yox ikən biz var idik" - Ankaradan Brüsselə mesaj
10.06.2026 18:10 Dünya

Avropa İttifaqına (Aİ) tamhüquqlu üzv kimi daxil olmaq Ankara üçün strateji prioritet olaraq qalır.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Bolqarıstan Teleqraf Agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə avrointeqrasiya prosesi çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə hazırdır və Brüssel tərəfindən müvafiq siyasi iradənin nümayiş etdirilməsini gözləyir.

"Ölkəmizin Aİ-yə qəbulu prosesini qısamüddətli hesablamalarla qiymətləndirmək səhv olardı. Sonda, bu gün Avropa İttifaqının üzvü olan ölkələrin demək olar ki, yarısı hələ Avropa ailəsinə qəbul edilməyəndə biz orada idik. Biz Aİ ilə məqsədi tamhüquqlu üzvlük olan müqaviləni 1963-cü ildə imzalamışıq. Aİ-yə tamhüquqlu üzvlüyün mərhələsi olan Gömrük İttifaqının iştirakçısı isə 1996-cı ildə olmuşuq", - deyə H. Fidan qeyd edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər