İğdırda azərbaycanlı fəhlələr lift şaxtasına yıxıldı - Ölən var
Türkiyənin İğdır şəhərində tikinti sahəsində çalışan iki azərbaycanlı fəhlə faciə ilə üzləşib.
TodayPress TV xəbər verir ki, hadisə şəhərin Topçular məhəlləsində baş verib.
Məlumata görə, fəhlələr Babək N və Sənan F tikinti binasında işləyərkən lift şaxtasına yıxılıblar.
Hadisə yerinə dərhal AFAD əməkdaşları və xilasedicilər cəlb olunub.
Hər iki şəxs xilas edilərək İğdır Dövlət Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, Babək N. ağır xəsarətlər səbəbindən həyatını itirib. Digər yaralı Sənan F. isə hazırda müalicə olunur.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Aynur TAC