Husilər bölgəni ABŞ-yə dar etdilər, bombardmançı qaldırmağa baza qalmadı

Dünya

16.04.2026 14:47

ABŞ-nin hərbi marşrutu dəyişdirməsi ilə bağlı iddialar səsləndirildi.

TodayPress TV xəbər verir ki, keçmiş CIA rəsmisi Larry Johnson ABŞ-nin Yaxın Şərqdəki hərbi vəziyyəti ilə bağlı diqqətçəkən iddialar irəli sürüb.

Onun sözlərinə görə, bəzi hərbi bazalar məhv edilib, ABŞ-nin 5-ci Donanmasının əsas texniki xidmət obyektlərindən biri sıradan çıxarılıb və hava hücumundan müdafiə raketləri tükənmək üzrədir.

Johnson bildirib ki, "USS George H.W. Bush". təyyarədaşıyan gəmisi Yəmən yaxınlığındakı risklər səbəbilə əvvəl planlaşdırılan marşrutdan imtina edərək Afrika istiqaməti üzrə yenidən yönləndirilib.

O həmçinin qeyd edib ki, ABŞ uzun illərdir Körfəz ölkələrinə təhlükəsizlik zəmanəti verirdi, lakin mövcud vəziyyət bu sistemin sınaqdan keçdiyini və zəif tərəflərinin üzə çıxdığını göstərir.

Ekspertin fikrincə, regionun təhlükəsizlik arxitekturası ciddi suallar qarşısındadır.

Jalə Rövşən 

TodayPress TV

tag: ABŞ,Husilər , Larry Johnson,Afrika ,Todaypress.tv,