Hörmüz boğazından 25 gəmi keçib – SEPAH

Dünya

23.05.2026 17:00

Ötən sutka ərzində — mayın 22-də SEPAHın Hərbi Dəniz Qüvvələri ilə koordinasiya şəraitində Hörmüz boğazından 25 gəminin keçidi təmin olunub.

TodayPress TV xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, keçid edən gəmilər arasında neft tankerləri, konteyner gəmiləri və digər ticarət gəmiləri olub. Məlumata əsasən, bütün gəmilərin təhlükəsizliyi təmin edilib.

“ABŞ və İsrailin İrana qarşı hava hücumları nəticəsində Hörmüz boğazında yaranmış gərgin vəziyyətə baxmayaraq, SEPAH Hörmüz boğazına nəzarəti davam etdirir”, — deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda nəticə əldə olunmamasından sonra fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı bildirilir. Bundan sonra İran İsrail və ABŞ-nin regiondakı obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Məlumata görə, Pakistanın vasitəçiliyi ilə tərəflər arasında aprelin 7-də iki həftəlik atəşkəs razılaşması əldə olunub. Aprelin 11-də İslamabadda keçirilən ABŞ–İran danışıqları isə nəticəsiz başa çatıb.

TodayPress TV

tag: SEPAH,Hörmüz,Gəmi,Keçiş,Todaypress.tv,