Hörmüz boğazında neft daşınması dayandı

Hörmüz boğazında neft daşınması dayandı
28.02.2026 19:45 Dünya

Regionda gərginliyin artması səbəbindən Hörmüz boğazında neft daşınması faktiki olaraq dayanıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Aparıcı neft və ticarət şirkətləri təhlükəsizlik risklərini əsas gətirərək bölgə üzərindən həyata keçirilən daşımaları müvəqqəti dayandırdıqlarını açıqlayıblar.

Agentliyə danışan böyük ticarət şirkətinin yüksəkvəzifəli nümayəndəsi mövcud risklər səbəbilə gəmilərin bir neçə gün daha hazırkı mövqelərində saxlanılması barədə qərar qəbul edildiyini bildirib.

Şirkətlər qarşıdurma səngiyənədək tankerlərin açıq dənizə çıxmasının qarşısını almaqla mümkün hücum risklərini azaltmağı hədəfləyir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər