“Hizbullah” İsrailin mövqelərinə zərbələr endirdi

“Hizbullah” İsrailin mövqelərinə zərbələr endirdi
06.03.2026 16:59 Dünya

Livanın şiə silahlı qruplaşması” qruplaşması İsrail hərbi mövqelərinə qarşı yeni hücum həyata keçirdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə qruplaşmanın “Telegram” kanalında yayılan bəyanatda bildirilib.

Məlumata görə, “Hizbullah” döyüşçüləri Qərbi Qalileya bölgəsində yerləşən Zarit qəsəbəsindəki İsrail ordusunun kazarmalarına raket zərbələri endiriblər.

“Müqavimət qüvvələri düşmən hərbçilərinin yerləşdiyi kazarmalara bir neçə mərmi atıb”, – deyə bəyanatda qeyd olunub.

Bundan əlavə, işğal altında olan Colan yüksəkliklərindəki Yoaf mövqelərinə də minaatanlardan atəş açıldığı bildirilib.

Qiymət Mahir

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər