Hitlerin evi polis bölməsinə çevrildi - FOTO
Avstriyanın Braunau am İnn şəhərində – Adolf Hitlerin anadan olduğu keçmiş evdə yeni polis bölməsi açılıb.
TodayPress TV “Teleqraf”a istinadən xəbər verir ki, 20 milyon avroya başa gələn və üç il davam edən yenidənqurma işləri başa çatıb.
Hakimiyyət hesab edir ki, bu addım binanın ətrafında illərdir davam edən mübahisələrə son qoyacaq və neonasistlərin həmin məkana axınının qarşısını alacaq.