Hindistanın hərbi təyyarəsi radarlardan itdi

Hindistanın hərbi təyyarəsi radarlardan itdi
06.03.2026 07:44 Dünya

Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) "Su-30" qırıcısı Assam ştatındakı Karbi-Anqlonq rayonu üzərində uçuş zamanı radarlardan itib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin HHQ-nin rəsmi nümayəndəsi, hərbi kəşfiyyatın polkovnik-leytnantı Mahendra Ravat "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunub ki, təyyarə ilə cümə axşamı Corhatdakı hərbi bazadan qalxdıqdan sonra əlaqə kəsilib.

Axtarış-xilasetmə işləri davam edir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər