Hindistan xəstəxanasında baş verən yanğında 6 xəstə öldü
Hindistanın Caypur şəhərindəki böyük dövlət xəstəxanasının travma mərkəzində baş verən yanğın nəticəsində azı 6 xəstə ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə "ANI" məlumat yayıb.
Yanğının qısaqapanma səbəbilə reanimasiya şöbəsində başladığı və sürətlə yaxın palatalara yayıldığı bildirilir. Yanğın zamanı ətrafa zəhərli qazlar da yayılıb.
Beş xəstənin vəziyyəti ağırdır, 13 xəstə isə təhlükəsiz şəkildə təxliyə olunub.
Yerli polis və hökumət yanğının səbəbini araşdırmaq üçün xüsusi komitə yaradıb. Araşdırmada xəstəxananın rəhbərliyinin hərəkətləri və yanğın təhlükəsizliyi tədbirləri qiymətləndiriləcək.
Türkan İsgəndərli