Hindistan Rusiyadan müdafiə sistemləri alacaq
Hindistan Rusiyadan əlavə beş S-400 hava hücumundan müdafiə raket sistemi almaq istəyir.
TodayPress TV xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.
Hindistanın müdafiə rəsmiləri bu həftə rusiyalı həmkarları ilə görüşərək, bu sistemlərin birgə istehsalı və ya birbaşa alınması imkanlarını müzakirə edəcəklər. Tərəflər artıq əlavə sistemlərin qiyməti barədə razılığa gəliblər.
Gözlənilir ki, beş sistemdən üçü birbaşa alınacaq, qalan ikisi isə Hindistanda özəl şirkətlər tərəfindən istehsal edilə bilər.
Razılaşmanın Rusiya Prezidenti Vladimir Putinin dekabrda Hindistana səfərindən əvvəl tamamlanacağı gözlənilir.
Türkan İsgəndərli